Bu gündən paytaxtda bir sıra küçə və prospektlər bağlanacaq. Buna səbəb Bakının mötəbər bir yarışa ev sahibliyi etməsidir. “Baku Challenge GT3″ və klassik Formula 1 yarışlarında iştirak edəcək avtomobillər artıq Bakıdadır.
Turnirdə Fransa, Almaniya, İtaliya, İspaniya və digər ölkələrin pilotları iştirak edəcək. 14 beynəlxalq komandanın yarışacağı “Baku Challenge”də paytaxt sakinləri 30 siti və 15 tarixi Formula-1 maşınlarının manevlərini canlı izləyə biləcəklər.
Ötən il siti maşınlarının yarışı şou xarakteri daşısa da, bu dəfə turnirin final mərhələsi məhz Bakıda baş tutacaq. Avtomobillər Xəzər dənizi boyunca uzanan və milli bayrağın ətrafında dövrə yaradan, yeni təmir olunmuş 4 kilometr uzunluğunda yolda yarışacaqlar.
Yarış dünyanın 175 televiziya kanalı vasitəsilə canlı yayimlanacaq.
Sürücülər bölgələrdən paytaxt ərazisinə giriş üçün alternativ yol kimi 3-cü kənar dairəvi yolla Yasamal rayonu ərazisindən, eləcə də 20-ci sahə dairəsindən dağüstü yolla Badamdar qəsəbəsindən keçməklə istənilən istiqamətdə hərəkət edə bilərlər.
http://youtu.be/xB2DccaRr-g