Rusiyanın “Sadovod” bazarında aparılan kütləvi yoxlamalardan sonra polis bölməsinə 600-dən çox miqrant aparılıb.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bölməyə aparılan bütün miqrantların hər hansı cinayətdə əllərinin olub-olmaması araşdırılacaq.
Bundan başqa, miqrantların Rusiya ərazisində qanuni yaşayıb-yaşamadıqları dəqiqləşəcək.
Qeyd edək ki, Rusiyanın “Dojd” telekanalı “Sadovod” bazarının əslən azərbaycanlı biznesmenlər Qod Nisanov, Zarah İliyev və İlham Rəhimova məxsus olduğunu bildirib.
http://youtu.be/iDWi6cy2k_0