Braziliyada hər il təşkil edilən “Miss Popo” yarışmasının bu ilki qalibi universitet tələbəsi 25 yaşlı Daiane Macedo olub.
Ailem.az-ın məlumatına görə, Miss Bumbum adı altında keçirilən yarışmaya Braziliyanın bütün bölgələrindən 27 gənc qız qatılıb. Braziliyada artıq bir ənənəyə çevrilən və bütün dünyanın diqqətini cəlb edən “Miss Popo” yarışmasında ilk 3 yeri tutan qızlara müxtəlif hədiyyələr təqdim olunub.
Yarışmada birinci yeri qazanan Macedo poposunun təbii olmadığını və bir az estetik əməliyyat etdirib yarışmaya qatıldığını etiraf edib. Qızlar ilk mərhələdə internet vasitəsilə, ikinci mərhələdə idə münsiflər tərəfindən seçilir.
Yarışmanın qaliblərinə xüsusi diqqət ayrıldığından bir çox qız bu yarışmanın qalibi olmaq üçün bir neçə dəfə estetik əməliyyat elətdirməkdən çəkinmirlər. Yarışmadan olan şəkilləri təqdim edirik.