Klassik qırmızı – Bütün diqqətləri üzərinizə toplayan göz alıcı qırmızı kişilərin sevdiyi dodaq boyasıdır. Əks cinsin diqqətini hiss etmək istəyirsinizsə, qırmızı dodaq boyasından istifadə edin.
Ehtiraslı çəhrayı – Bu rəng adətən rok ulduzlarının üstünlük verdiyi dodaq boyasıdır. Adrenalin, məcəranı sevənlərin rəngidir. Bu tonlar qızın yaxşı musiqi zövqündən xəbər verir. Romantik şahzadə obrazı onlara yad xüsusiyyətdir.
Bənövşəyi – Risk etməkdən qorxmayan və fərqli olmağı xoşlayan qadınların seçimidir. Dodaq boyası icazə verirsə, bu rənglə daha çəkici görünəcəksiniz.
Təbii rənglər – kişilər tərəfindən sevilməyən bu rəng qadınları olduğundan daha solğun göstərir.
Narıncı – Kişilər bu tonlardan istifadə edən qızların çox əyləncəli tip olduğunu düşünür. Bu rəngi sevən qızların özünə inamı çox yüksək olur. Həm də onlar yeniliklərə yox demirlər.
Metalik tonlar – Yetkin qadının bu tondan istifadə etməsi onu axmaq vəziyyətinə sala bilər. Bu, gənc qızların işidir.