Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya səfəri noyabrın 18-də olacaq.
Virtualaz.org xəbər verir ki, səfərin tarixini Ukrayna Ali Radasının mətbuat xidməti rəsmən açıqlayıb. Bundan əvvəl UNİAN agentliyi qeyri-rəsmi məlumatlara əsasən Əliyevin noyabrın 18-də Ukraynaya səfər edəcəyini xəbər vermişdi.
Bildirilir ki, noyabrın 18-də günün ikinci yarısında İlham Əliyevin Ukrayna Ali Radasının spikeri Vladimir Rıbakla görüşü olacaq. Qeyd edək ki, Azərbaycan prezidentinin Ukraynaya bu səfəri hər iki ölkə üçün bir çox parametrlərə görə olduqca mühümdür. Virtualaz.org bu səfərin pərdəarxası ilə bağlı geniş təhlili az sonra oxuculara çatdıracaq.