Aktyorların və film işçilərinin mükafatlandırıldığı “Britannia Awards”ın builki tədbiri maraqlı məqamlarla zəngin olub.
Axşam.az xəbər verir ki, məşhur aktyor Saşa Baron Koen komediya janrı üçün nəzərdə tutulmuş Çarli Çaplin mükafatını qəbul edərkən şou göstərib.
O, Çarli Çaplinin ən yaşlı tərəf müqabili hesab olunan 87 yaşlı Qreys Kallinqtonu yerə yıxıb. Ardınca isə onun vəfat etdiyini bildirib. Tədbirdə iştirak edən məşhurlar Koenin hərəkətinə müxtəlif reaksiyalar verib. Onlar arasında Corc Kluni, Culya Roberts, Salma Hayek və digərləri yer alıb.