19 yaşlı azərbaycanlı 4 il ərzində 5 nəfəri az yaşlı olmaqla 8 qıza qarşı zorlama cəhdi edib

Region  Rusiyada yaşayan həmyerlilərimizdən daha bir qalmaqallı ittiham. 19 yaşlı azərbaycanlı 4 il ərzində 8 qıza qarşı zorlama cəhdi edib. Onlardan 5-nin az yaşlı qız olduğu bildirilir. Sankt-Peterburq məhkəməsi 19 yaşlı həmyerlimizi 9 il müddətinə azadlıqdan məhrum edib, o cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkəcək.

Məhkəmə istintaqı dövrü müəyyən olunub ki , Sərxan Məmmədov 2010-2012 ci illər aralığında bir neçə seksual xarakterli zorakı hərəkətlər edib. Niyyətini həyata keçirmək məqsədi ilə əvvəl qızlarla tanış olub, daha sonra onlarla cinsi əlaqədə olmağa cəhd edib. 8 zorlamaya cəhd epizodunda təqsirli bilinən Məmmədov, onlardan 5-ni yetginlik yaşına çatmayanlara qarşı törədib. İlk cinayət hadisəsini 15 yaşında 2010-cu ilin aprelində törədib. Dövlət ittihamçısı gənc olduğunu nəzərə alaraq məhkəmədən 7 il 6 ay cəza istəsə də, verilən hökm daha sərt olub. Soydaşımız cəzasını cidd rejimli koloniyada çəkməklə 9 il müddətinə azadlıqdan məhrum edilib.