İƏT: “Bu halın qarşısının alınması üçün İslam ölkələri birgə fəaliyyət göstərməlidir”
“İslam ölkələrində qız uşaqlarının sünnət edilməsi pis haldır və bu halın qarşısının alınması üçün İslam ölkələri birgə fəaliyyət göstərməlidir”.
ans press- bildirir ki, bunu Bakıda keçirilən İslam Təhsil, Elm, Mədəniyyət Təşkilatının (İSESCO) üzv ölkələrinin Uşaq Məsələləri üzrə Məsul Nazirlərinin “İslam Dünyasında Uşaqlar və Urbanizasiya Problemləri”adlı IV Konfransı zamanı İslam Əməkdaşlıq Təşkilatı (İƏT) baş katibinin köməkçisi Ekmeleddin İhsanoğlu deyib.
Onun sözlərinə görə, uşaqlar kənd yerlərindən şəhərə gəlirlər və müxtəlif problemlərlə üzləşirlər: “Bu problemlərin sırasına təhsil, urbanizasiyanı daxil etmək olar”. Baş katibin köməkçisi konfransın bu problemlərin həll edilməsində olan önəmini vurğulayıb.