Braziliyada qeyri-adi hadisə baş verib. Press24.az-ın Türkiyə mətbuatından əldə etdiyi xəbərə görə, bir qadın qəbiristanlığa yaxınının ziyarətinə gedərkən dəhşətli olayla qarşılaşıb. Məzarlıqdan eşitdiyi dəhşətli inilti və qışqırıq səsləri əvvəlcə onu yaman qorxudub. Sonra qadın həmin səslərin qəbirdən gəldiyini anlayıb və köməyə adam çağırıb. Bir neçə dəqiqədən sonra məlum olub ki, qəbirdəki cəsəd yox, diri insandır. Onu təcili xəstəxanaya aparıblar. Sən demə, onu öldüyü zənn edilərək basdırılan həmin şəxs torpağa diri-diri tapşırılıb.