Prezident İlham Əliyev Süleyman Dəmirəlin “Şərəf” ordeni ilə təltif edilməsi haqda Sərəncam imzalayıb.
Sərəncama əsasən Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Türkiyə Cümhuriyyətinin 9-cu Prezidenti Süleyman Dəmirəl “Şərəf” ordeni ilə təltif edilib.
* * *
Xəbər verdiyimiz kimi, III Beynəlxalq Bakı Forumu çərçivəsində Türkiyənin sabiq prezidenrti Süleyman Dəmirəl Bakıya səfər edib.
Virtualaz.org AzərTAc-a istinadən xəbər verir ki, bu gün Azərbaycan prezidenti İlham Əliyev sabiq prezidentlə görüşərək onunla birgə nahar edib.