Dünyanın ən məşhur aktyorlarından biri, Hollivud ulduzu Bred Pitt sabundan imtina edib. Bu səbəbdən o, çox pis iy verməyə başlayıb.
Milli.Az National Enquirer-ə istinadən bildirir ki, tərkibində kimyəvi maddələr olduğu üçün sabundan istifadə etməyən Bred Pitt təmizlik üçün evdə hazırladığı “yuyucu maddə”dən yararlanır.
Həmin maddə alma, alma sirkəsi və limon qarışığından ibarətdir.
Bred Pittin qeyri-rəsmi nikahda olduğu arvadı, aktrisa Ancelina Coli isə ərinin ətrafa çox pis qoxu yaydığını deyib: “Bred Pitt it iyi verir, yanında durmaq olmur”.
Bred Pittin övladları onu “pis iy verən ata” adlandırırlar.
Aktyorun dediyinə görə, antibakterial sabunların Yerdəki ekologiyanı korlamaları ilə yanaşı, insan orqanizminin qocalmasını sürətləndirməsi barədə elmi məqalə oxuyandan sonra sabundan imtina edib.
Bu ilin fevralın 14-də Bred Pitt Sevgililər Günündə arvadı Ancelina Coliyə nanəli konfet qutusu hədiyyə etmişdi. Aktyorun dediyinə görə, arvadının ağzından pis iy gəlir.