Rusiyada yol hərəkətinin təhlükəsizliyinə dair qanuna keçmiş sovet respublikalarından gələnlərin ölkə ərazisində öz mill sürcülük vəsiqələri ilə sürücü işləməsini qadağan edən düzəliş edilib.
Virtualaz.org xəbər verir ki, düzəliş noyabrın 5-də qüvvəyə minəcək. Bundan sonra qazanc dalınca Rusiyaya gedən miqrantlar bu ölkə ərazisində sürücülük etmək üçün Rusiya sürücülük vəsiqəsini almalıdır. Əks halda onları böyük məbləğdə cərimələr gözləyir. Həmçinin Rusiya sürcülük vəsiqəsi olmadan miqrantları sürücü kimi işə götürən sahibkarlar da iri maliyyə sanksiyalarına məruz qalacaq. İndiyədək keçmiş sovet respublikalarından olanlar öz ölkələrində aldıqları sürücülük vəsiqəsi ilə Rusiya ərazisində avtomobil idarə edə bilirdi.