Qazaxıstanın Almatı şəhərində keçirilən boks üzrə dünya çempionatına bu gün yekun vurulacaq.
mundialın son günündə idmançımız qızıl medal qazanıb. Yarımfinalda qazaxıstanlı Kayrat Yaralıyevi mübarizədən kənərlaşdıran Cavid Çələbiyev həlledici görüşdə Vladimir Nikitinlə (Rusiya) münasibətinə aydınlıq gətirib. 56 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz finalda da rəqibini məğlub etməkdə çətinlik çəkməyib – 3:0 (30:27, 29:28, 29:28). Mundialda debüt edən Çələbiyev bununla da Qazaxıstanda Azərbaycan millisinə qızıl medal qazandıran ilk boksçu olub.
Xatırladaq ki, dünya çempionumuz Məhəmmədrəsul Məcidov (+91 kq) isə kolleksiyasına mundialın daha bir qızıl medalını əlavə etmək üçün yerli İvan Dıçko ilə döyüşəcək.
Qeyd edək ki, onlardan fərqli, Teymur Məmmədov (91 kq) yarımfinal səddini keçə bilməyib. Həmyerlimiz Olimpiadada uduzduğu italiyalı Klemente Russodan qisasını ala bilməyib və bürünc medalla kifayətlənib.