“Amazon” adını yəqin ki eşitmisiniz. Bu, dünyanın internetlə ticarət edən və xidmət göstərən ən böyük şirkətdir. O, 1994-cü ildə amerikalı biznesmen Cef Bezos tərəfindən yaradılıb. 1995-ci ildə isə sayt fəaliyyətə başlayıb. Kompaniya dünyanın ən bolsulu çayı olan Amazonkanın şərəfinə adlandırılıb.

Gəlin görək bu kompaniyanın anbarları nə boydadır.

Hər bir kompaniya kimi Amazonun da öz hekayəsi var. Bildirilir ki, Amazon.com rəhbərinin ilk iş stolu adi taxtadan olub. Bu gün də şirkətdə adi taxtadan olan stollar var. Amma bu addım sırf iqtisadi məsələlərlə bağlı deyil və sadəcə qənaəti yaddan çıxarmamaq üçündür.

Şirkətin ən böyük anbarlarından biri Şotlandiyanın Edinburq şəhərində yerləşir. Bu anbarın sahəsi 93.000 kvadratmetrdir, təxminən 14 futbol stadionu böyüklüyündə.

Əvvəllər saytda ancaq kitablar satılırmış. 1998-ci ilin iyunundan internet-maqazin musiki diskləri satmağa başlayır. Noyabrdan isə vide-məlumatların satışı həyata keçirilir. Daha sonra isə MP3 səslərin, proqramlar, video-oyunlar, elektrotexnika, paltar, mebel, qab-qacaq və oyuncaqlar satıldı. Və bununla da Amazonun anbarında minlərlə mal daxil olmağa başladı.

Bu gün Amazon.com alıcılarına 34 kateqoriyadan məhsul təqdim edir.

Kompaniyanın ABŞ-dan başqa Braziliyada, Kanadada, Böyük Britaniyada, Almaniyada, Yaponiyada, Fransada, İtaliyada, İspaniyada, Hindistanda və Çində də şöbələri var.

2012-ci ildə internet nəhəngi Amazon.com-un gəlirləri artaraq 13.18 milyar dollara çatıb.

2013-cü ilin sonuna isə təkcə reklam biznesindən şirkətin gəlirlərinin 835 milyon dollar olacağı gözlənilir.

Загрузка...