Müğənni Xatirə İslam ötən gün mediyada yayılan xəbərlərlə əlaqədar show.az-a video müsahibə verib.
Mətbuatda onun oğlunun “Yusif” adlandırılması, efirdə “qara camaat” ifadəsini işlətdiyi üçün onun xalqı təhqir etməsi kimi qələmə verilməsi müğənnini hiddətləndirib.
Açıqlama verərək məslələrə aydınlıq gətirmək istəyən Xatirə oğluna Yusif deyil, Emil adını qoyduğunu Doğum haqqında şəhadətnaməni göstərərək sübut etdi.
Xatirənin həyat yoldaşı Fəxrəddin Musazadə də ona dəstək olaraq ailəsi barədə yalan məlumatlar yazılmamasını xahiş edib.
“Qara camaat” ifadəsinin bu qədər aqressivliklə qarşılanmasına qarşılıq müğənni özünün də bu təbəqədən olduğunu vurğulayıb.
“Mən özüm Qarabağlıyam. Nəslim də müharibə nəticəsində evlərini-eşiklərini atıb, Qarabağdan köçüb gələnlərdir ki, burada yataqxanada yerləşiblər. Mən də onlardan biriyəm. Özümü nəslimin nümayəndələrindən artıq hesab etmirəm. Mən də “qara camaat”dan biriyəm.”
Xatırladaq ki, mediyada Xatirə haqqında belə bir xəbər yayılmışdı. “Müğənni Xatirənin oğlunun adıYusifdir. Lakin o, “Ümid Var” verlişində açıqlama verərək oğlunun adının “E” hərfi ilə başladığını deyib.
Onu da qeyd edək ki, Xatirə az öncə oğlunun adını Yusif adlı seyidin adı şərəfinə qoyduğunu da demişdi.
Xatırladaq ki, bir neçə gün bundan öncə müğənni Xatirə İslamın mediayaya verdiyi açıqlama hamının təəccübünə səbəb olmuşdu.
Evli olan xanım müğənni yeni sevgilisinin adının “E” hərfi ilə başladığını açıqlayıb:
“Sevgilimin adının yalnız baş hərifini deyə bilərəm – E. Pərəstişkarlarımı çox intizarda qoymayacağam, yaxınlarda yeni sevgilimi hamı görəcək. O, indi mənim yanımda olmasa da, bir az keçsin, hamı onu tək mənim yanımda görəcək”.
Bu məsələ ilə bağlı “Ümid Var” verilişində açıqlama verən müğənni bildirib ki, “E” hərfi ilə onun övladının adı başlayır:
“E” ilə mənim övladımın adı başlayacaq. Mən bunu nəzərdə tutub demişəm. Ancaq qara caamat məni səhv başa düşüb”.
Xatirə İslamın əvvəlcə belə müəmmalı açıqlama verib, sonradan insanları, Azərbaycan xalqını “qara camaat” adlandıraraq təhqir etməsi insanların narazılığına səbəb olub.”
http://youtu.be/hbZ7kym7fgg