Moskvanın Fili istirahət parkında keçirilən “Yastıq döyüşü” fləşmobunda 5 min gənc iştirak edib. İnternet şəbəkələri vasitəsiylə xəbərləşərək parkın mərkəzi meydanına toplanan gənclərin öncədən yaxşı hazırlaşdıqları diqqət çəkirdi. 12-45 yaş arasındakı gənclər yük maşınına doldurulmuş yastıqları satın almaq üçün uzun növbələrə durdular.
Bir-birindən maraqlı müsabiqələr və konsert proqramları da gənclərin istəklərinə uyğun tərtib edilmişdi.
Daha sonra iki qarşı qrupa ayrılan fləşmob iştirakçıları start verilməsiylə birlikdə yastıq döyüşünə başladılar. Yastıqların havada uçması ilə komandalar biri birinə qarışdı.
Maraqldır ki, Rusiyada yastıq döyüşlərinə çox zaman polis tərəfindən icazə verilmir. Ən son Peterburqda belə bir fləşmobun qarşısı alınmış və çox sayda gənc isə saxlanılmışdı.
http://youtu.be/fE3tJyOuY2I