Müğənni Günay İbrahimli qlamur geyimləri ilə diqqət çəkməyə davam edir.
Axşam.az-ın fotokamerası qarşısına keçən sənətçi maraqlı pozlar verib. O, geyimlərini hər zaman özü seçdiyini, zövqünə güvəndiyini bildirib:
“Əksər vaxtlarda geyimlərimi özüm seçirəm. Amma hərdən stilist Elnur Həsənovun fikrini də öyrənirəm. Yeni albomum üçün Türkiyədə fotosessiya etdirəcəm. Oradakı imicim, geyimlərim üzərində Elnur çalışacaq”.
“Özünü şou-biznesin qlamur xanımı hesab edirsən” sualına isə Günay belə cavab verib:
“Özümü qlamur bir sənətçi hesab edirəm. Amma istərdim ki, tanınmışlar arasında sorğu aparılsın, kim məni qlamur hesab edir, desin”.
Yaradıcılığından söz açan Günay yeni duet hazırladığını bildirib. Onun duet ortağı müğənni yox, aranjimançı Elvin Musayev olacaq:
“Heç kim Elvinin gözəl səsi olduğunu bilmir. Təklif ondan gəldi, qəbul etdim. Mahnı “Dəyərmi” adlanır”.