“İlkin informasiyalar onu göstərir ki, Cəmil Həsənli kifayət qədər yüksək səs alıb”
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin vəkili, AXP sədri Pənah Hüseyn ölkədə keçirilən prezident seçkisini dəyərləndirib. “Hələ konkret nəticələr tam daxil olmayıb. Amma ilkin informasiyalar onu göstərir ki, Cəmil Həsənli kifayət qədər yüksək səs alıb. Real seçkinin nəticələrini görə biz hesab etsək, bu, uğurlu nəticə kimi dəyərləndirilir. Amma bütövlükdə seçki saxtakarlığı o həddədir ki, seçkilərin nəticələrinə əhəmiyyətli dərəcədə təsir edir. Belə bir şəraitdə seçkinin qalibinin iqtidar namizədi elan olunacağı şəksizdir. Siyasi müxalifətin və Cəmil Həsənlinin komandasının da bu seçkiləri tanıması böyük şübhə altındadır”,- deyə P.Hüseyn qeyd edib.
musavat.com