AXCPsədrini müavini Fuad Qəhrəmanlı bu gün Bakı Şəhər Baş Polis İdarəsinəçağırılıb. Günün birinci yarısı BŞBPİ-də olan Fuad Qəhrəmanlı İdarənin rəismüavini Səhlab Bağırov və Bakı Şəhər Prokurorununmüavini Fazil Həsənəliyevlə görüşüb.
Fuad Qəhrəmanlı BŞBPİ-də görüşdən sonra“Yeni Müsavat”a məlumat verib ki, onun polisə çağırılması oktyabrın 7-dəmediada seçki saxtalaşdırılacağı halda etiraz aksiyalarının keçirilə biləcəyibarədə verdiyi açıqlama ilə bağlı olub: “Bu açıqlamamla bağlı hesab ediblər ki,mənə xəbərdarlıq etməyə ehtiyac var. Səhlab Bağırov və Fazil Həsənəliyev mənəbildirdilər ki, Bakı Şəhər İcra Hakaimiyyəti ilə razılaşdırılmamış aksiyalarkeçirilməsi qarşıdurmaya səbəb olacaq və buna görə də mən məsuliyyət daşıyıram.Mən isə dedim ki, etiraz aksiyaları ilə bağlı fikir səsləndirərkən bunu“Sərbəst toplaşmaq zadlığı haqqında” Qanunun bizə verdiyi hüquqa əsaslanmışam.Keçirəcəyimiz aksiyalar da qanuna əsasən keçiriləcək. Mənim bu mövqeyimi ifadəetməyimdən sonra görüş başa çatdı. Heç bir hədə-qorxu gəlmədilər. Sadəcədedilər ki, mediadakı açıqlamama görə, görüşüb xəbərdarlıq etməyə ehtiyacduyublar”.