AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlı Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.
Bu barədə azadliq.info-ya Fuad Qəhrəmanlı məlumat verib: “Bu gün Bakı Şəhər Baş Polis İdarəsindən mənə zəng vuraraq bildiriblər ki, sabah saat 11-də idarədə olmalısan. Zəng vuran şəxs özünü İctimai Təhlükəsizlik İdarəsinin rəisi Elçin müəllim kimi təqdim edib. Onun sözlərinə görə, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasov mənimlə görüşmək istəyir. Lakin o, görüşün səbəblərini deməyib”.
Fuad Qəhrəmanlı bildirib ki, məsələni aydınlaşdırmaq üçün Bakı Şəhər Baş Polis İdarəsinə getmək niyyətindədir.