Bu gün dünyanın 30-dan çox ölkəsində, xüsusilə də Yaxın Şərqdə və Afrika ölkələrində qadınların sünnəti geniş yayılıb. Qadın sünnətini həyata keçirən həkimlər deyirlər ki, bu prosedurun həyata keçirilməsinin bir çox səbəbləri var – dini inanclardan tutmuş, uşaqlıq yolu xərçənginin qarşısının alınmasına qədər…

Qadınların sünnəti qadının seksual həzz mərkəzi olan və qadında kişi cinsiyyət üzvünün müqabili kimi qəbul edilən klitor üzərində aparılan kişi sünnətinə oxşar bir əməliyyatdır. Başqa sözlə, “klitoru halqa kimi əhatə edən, qaplayan, bəzən bir qalpaq-kisə kimi örtən dərinin aradan qaldırılması əməliyyatıdır”.

Ailem.az-ın təqdim edəcəyi fotolar müsəlmanların ən çox məskunlaşdığı ölkələrdən biri olan İndoneziyada çəkilib… Belə çıxır ki, qadınların sünnəti İslamdan gəlir?! Göz atdığımız bəzi islam saytlarında bu haqda məqalələrə rast gəldik.

“Qız sünnəti ilə əlaqədar bir Quran hökmü yoxdur. Həmçinin bu məsələdə müsəlmanlara öhdəlik yükləyən mötəbər bir hədis də yoxdur. Bununla belə, peyğəmbərimizə (s.ə.v) aid olunan və bunu müəyyən şərtlər daxilində təsdiq edən hədislər var. Tarix boyu bəzi müsəlman ölkələrində də belə bir iş görülüb.

Tarixi məlumatlara əsasən, çox qədim dövrlərdən etibarən müxtəlif mədəniyyətlərdə müşahidə olunan və hazırkı dövrdə də davam etdirilən qız sünnəti ənənəsi həzrəti peyğəmbərin (s.ə.v) dövründə Məkkədə, xüsusilə də Mədinədə həyata keçirilirdi. Belə ki, Məkkə şəhərində Ümmü Həbibə, Mədinədə isə Ümmü Ətiyyə adlı qadınlar qız sünnətçisi kimi tanınırdılar.

Peyğəmbərimizin (s.ə.v) “Qadın və kişidə sünnət olunan hissələr bir-birinə toxunduğu vaxt qüsl vermək vacibdir” hədisindəki kişi və qadın cinsiyyət üzvləri haqqında sünnət olunan üzvlər mənası verən “əl-xitan” sözü işlədilib. Bu da göstərir ki, müsəlmanlıq dövründə də qız sünnəti məlum idi, həyata keçirilirdi.

Bu, ümumi bir məsələ idi, yoxsa bəzi ailələr tərəfindən tətbiq olunurdu? Bunu dəqiq bilmirik. Bununla belə, müsəlman kişilərə əmr olunduğu halda qadınlara əmr olunmaması, habelə, həzrəti peyğəmbərin və məşhur əshabələrin uşaqlarının sünnət olunduğuna dair mötəbər rəvayətlərin olmamağı onun o dövrdə arabir tətbiq olunduğunu göstərir. Bəzi alimlər hesab edirlər ki, sünnət əməliyyatını lazım bilən artıqlıq şərqli qadınlarda müşahidə olunur; deməli, bu, onlarla əlaqədar bir məsələdir.

Bəzi ərəb qəbilələri cinsiyyətləri və təcavüzə məruz qalan seksuallıqları səbəblərindən qız uşaqlarını diri-diri torpağa basdırıblar. Bunu nəzərə alaraq demək olar ki, qız sünnəti onların seksuallıqlarını inkişaf etdirmək məqsədilə tətbiq olunduğu kimi, bunun səviyyəsini azaltmaq məqsədilə də həyata keçirilib” (Əli Rza Demircan “İslama əsasən seksual həyat”)

Bütün hallarda müasir dövrdə qadının sünnət edilməsi dünya tərəfindən yaxşı qarşılanmır. Fotoqraf Stefani Sinkler qızların sünnəti mərasimində iştirak edib, fotolar çəkib. Ailem.az həmin dəhşətli fotoları təqdim edir.

Загрузка...