ABŞ prezidenti Barak Obama Ruhani ilə nüvə proqramını müzakirə edib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Obama bu məsələni Ruhani ilə telefon danışığı zamanı müzakirə edib.
“Mən əminəm ki, məsələnin həlli üçün əsaslar var. Razılığa gedən yol çətin olacaq…amma biz diplomatik yollara riayət etməliyik”,-deyə Obama bildirib.
“Biz qarşıdakı çətinlikləri anlayırıq. İran və ABŞ prezidentləri arasındakı 1979-cu ildən bəri ilk ünsiyyət faktı ölkələr arasındakı inamsızlığı vurğulayır. Amma eyni zamanda tarixdəki ağır münasibətləri arxada qoymağ üçün perspektiv göstərir”,- deyə Obama hərtərəfli sazişin əldə olunacağına ümid etdiyini bildirərək vurğulayıb.
http://youtu.be/6h45WffN-Bo