Türkiyədə yaşayan modelimizin evini soyublar
Milli.Az xəbər verir ki, Türkiyədə yaşayan və orada ailə həyatı quran Azərbaycanlı model Günay Musayevanın ötən gün evini soyublar. Bu haqda o öz Twitter səhifəsində yazıb:
“Bu gün yenə də oğurluq şoku ilə yuxudan oyandıq, evimizə oğru girib, evdə hər bir şeyi oğurlayaraq aradan çıxıb. Bütün pulu oğurlayıb aradan çıxmalarına baxmayaraq, üstəlik, mətbəxdəki kompüteri və Tolqanın maşınının açarlarını götürüblər.
Elə həmin avtomobilə oturaraq buradan ayrılıblar, biz də həmin vaxt yan otaqda yatırdıq. Bu necə bir rahatlıqdır, mən başa düşmürəm. Polislər də əllərində kamera görüntüləri olmasına baxmayaraq onları tuta bilmirlər”.
Amma bir neçə saat keçdikdən sonra model səhifəsindəki bəzi statusları silərək bildirib:
“Yazılarımı silməyimə baxmayaraq, bu xəbəri eşidən və sosial şəbəkələrdə və yaxud da telefonla zəng edib “keçmiş olsun” deyən bütün dostlarıma təşəkkürümü bildirirəm. Təki sağ olaq, başqası önəmli deyil”.