Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2014-cü il üçün öz büdcəsinin proqnozlaşdırılması zamanı neftin qiymətini bir barelə görə 100 dollar məbləğində götürəcək. Xatırladaq ki, bir neçə həftə əvvəl fond büdcəni neftin bir barelinin qiymətini 90 dollardan formalaşdırmağa hazırlaşırdı.
Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında ARDNF-in rəhbəri Şahmar Mövsümov bildirib.
Mövsümov vurğulayıb: “Neftin qiymətinin proqnozlarına yenidən baxılıb, müvafiq olaraq gələn il büdcə neftin bir barelinə görə 100 dollardan hesablanacaq”.
Qeyd edək ki, 2013-cü ildə də fondun büdcəsinin formalaşdırılması zamanı neftin bir barelinin qiyməti 100 dollardan hesablanıb.