Roma papası Fransisk xristianlarla müsəlmanları dialoqa çağırır. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, Roma papası Əl-Əzhar universitetinin imamına məktub göndərib.
Həmin məktubda o, müsəlman və xristianları dialoqa çağırıb və vurğulayıb ki, Vatikan islama hörmətlə yanaşır.
Fransiskin məktubu onu göstərir ki, xristianlarla müsəlmanların arasında dialoq yenilənə bilər. Fransisk, Roma-katolik kilsəsinin başçısı olduqdan bəri, dinlərarası münasibətlərin möhkəmlənməsinə çalışır.