ABC telekanalına müsahibəsində Barak Obama İran prezidenti ilə ilk təması özü qurduğunu deyib

Dünya  ABŞ prezidenti Barak Obama İranın yeni seçilmiş prezidenti Həsən Ruhani ilə bir-birinə məktub göndərdiklərini açıqladı. ANS PRESS-in xarici mediayaya istinadən məlumata görə, Obama İranın Bəşər Əsəd rejimini dəstəkləmək əvəzinə Suriyada sulhun yaranmasına yardım etmə istiqamətində potensialını ortaya qoyduğunu göstərə biləcəyini bildirib. 

ABC telekanalına müsahibəsində Barak Obama İran prezidenti ilə ilk təması özü qurduğunu deyib: “ Təmas qurdum, O da mənimlə təmas qurdu. Ancaq rəsmi olaraq görüşmədik” ABŞ prezidenti Suriya məsələsi ilə İranın nüvə məsləsinin bir-birindən ayırmaq lazım olduğunu xüsusi olaraq vurğulayıb. İranın Suriya məsələsində ABŞ-ın ciddi olduğunu anladığını düşündüyünü bildirən Obama rəsmi Tehranın nüvə silahı əldə etməsinə imkan verməyəcəklərini bildirib: 

“İranın İsraili nüvə silahı ilə təhdid etməsi bizim əsas məsələmizdir. Nüvə silahı əldə etmək yarışı bölgədə sabitliyi böyük zərbə vura bilər. Şübhə etdiyim məsələ budur. İran Suriyaya müdaxilə etməyimizdə bu nəticəni çıxarmalıdır. İrana müdaxilə etmərik. Əksinə buradan nəticə çıxarılası dərs diplomatik yollarla problemi həll etmək potensialımızın “var” olduğunu göstərməkdir”.

Загрузка...