Rusiya Mərkəzi Seçki Komissiyası Moskva meri vəzifəsinə keçirilən seçkilərin yekun nəticəsini açıqlayıb. APA xəbər verir ki, yekun nəticəyə görə, prezident Vladimir Putinin dəstəklədiyi, “Vahid Rusiya” (Yedinaya Rossiya) partiyasının namizədi Sergey Sobyanin 51,37% səs toplayaraq qalib olub. İkinci yeri isə müxalif namizəd, blogger və biznesmen Aleksey Navalnı tutub. O, ümumi səslərin 27,24%-ni toplaya bilib.
Mərkəzi Seçki Komissiyasının sədr müavini Valemtin Qorbunov jurnalistlərə açıqlamasında yekun protokolun imzalandığını bildirib. Onun sözlərinə görə, yekun protokolda Sergey Sobyanin 51,37%, Aleksey Navalnı 27,24%, kommunist İvan Melnikov 10,69%, “Yabloko” partiyasının lideri Sergey Mtroxin 3,51%, liberal demokrat Mixail Deqtyaryov 2,86%, “Ədalətli Rusiya” partiyasının namizədi Nikolay Leviçev isə 2,79% səs toplayıb.
musavat.com