Livan mətbuatı Suriya lideri Bəşər Əsədin İranın paytaxtı Tehranda olduğunu iddia edib. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı İran Xarici İşlər Nazirliyindən olan mənbə verib. 

Həmin şəxs bildirib ki, prezident təyyarəsi ilə İrana uçan Əsəd və ailəsi Xomeyni hava limanında enib. Əsədin ətrafındakı məmurları ilə yola düşdüyünü iddia edən mətbuat onun iranın səlahiyyətli şəxsləri ilə ABŞ-ın Suriyaya hücum planını da müzakirə edəcəyini qeyd edib.

Загрузка...