Bu gün Müsavat Partiyasının Gənclər Təşkilatı özünün ümumi yığıncağını keçirir. Musavat.com-un müxbiri xəbər verir ki, artıq MGT də seçkilər başlayıb. Əvvəl də məlumat verdiyimiz kimi, MGT-nin lideri Tural Abbaslı yaş senzinin dolması səbəbi ilə rəhbərlikdən ayrılır. Onun yerinə iki iddiaçı var – Rauf Məmmədli və Cavid Hacıbəyli. Hər iki gənc siyasət məkanında tanınan isimdir, MGT sədrinin müavinləridir.
Müsavat.com-un müxbiri xəbər verir ki, yığıncağa sədrliyi Tural Abbaslı edir. 7 nəfərdən ibarət say komissiyası yaradılıb. Say komissiyasına seçilən uzvlər bunlardır – Elçin Cərullazadə, Şamil Beydulla, Günel Rəhimli, Rüfət Hacibəyli, Fərəc Kərimov, Azər Ağayev, Ebülfəz Sadiqbəyli). İclasda Müsavat başqanı İsa Qəmbər də iştirak edir. Bir az əvvəl İsa Qəmbər gənclər qarşısında çıxış edib.
Müsavat.com-un müxbiri xəbər verir ki, Norveçdə yaşayan partiya üzvü, sosial şəbəkələrdə fəallığı ilə seçilən İsa Yusibli də iclasa qatılıb.
musavat.com