İnternetdə Kiyev xilasedicilərinin çılpaq çimən qadını Dnepr çayından necə sudan çıxarmalarını əks etdirən video yayılıb
Qadın 10 dəqiqə sudan çıxmaqdan imtina edib və Fövqəladə Hallar İdarəsinin əməkdaşlarından qaçıb. Ukrayna mətbuatı xəbər verir ki, çayda qadının olması xəbərini şahidlər veriblər. Onlar üzən qadının Dneprin güclü axını qarşısında pis davam gətirdiyini bildiriblər.
Xidmət əməkdaşları hadisə yerinə gəldikdə isə, onlar qadına yaxın üzüblər və onun tamamilə çılpaq olduğunu görüblər. Bundan əlavə, qadın aqressiv şəkildə onların köməyindən imtina edib və üzərək onlardan uzaqlaşmağa çalışıb. Əməkdaşlar nəhayət onu sudan çıxmağa və gəmiyə minməyə məcbur edə biliblər.
Qadını ədyala bürüyərək sahilə çıxardıblar. Həkim baxışından sonra qadının psixi vəziyyətinin qaydasında olmadığı məlum olub.
Məlum olub ki, Kiyevə qonaq gələn 28 yaşlı Dnepropetrovsk sakini bu yaxınlarda həkimin tövsiyə etdiyi depressiya əleyhinə dərmanları qəbul etməkdən imtina edib. Həkimlərin fikrincə məhz bu vəziyyət qadını bu cür davranmağa sövq edib.
http://www.youtube.com/watch?v=qoQW0GaRDm4