Habil Vəliyev nəyin müqabilində Çingiz Qənizadəni “vuracağını” vəd etdi?
Bir neçə gün öncə ANS-in efirində millət vəkili Çingiz Qənizadəni təxribata çəkən, onu təhqir edən “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin bu addımının detalları bəlli olub. Avropa.info-nun əldə etdiyi məlumata görə,
Mətbuat Şurasının reket qəzetləri siyahısında yer alan “Gündəlik Bakı” qazetinin baş redaktoru bu addımı xalq artisti İlhamə Quluyeva ilə görüşəndən sonra atıb. Belə ki, bir çox ictimaiət adamlarının İlhaməni pisləməsindən istifadə edən Habil Vəliyev xalq artisti ilə görüşərək maddi dəstək müqabilində İlhamə Quliyevanın rəqiblərini mətbuat vasitəsi ilə “vuracağını” vəd edib. Eyni zamanda Qarabağ Müharibəsi Veteranları Təşkilatının Yasamal şöbəsinin adından da İlhaməni dəstəkləyən bəyanat verilib. Qeyd edək ki, Habil Vəliyev həm də adı çəkilən qurumun filial sədridir. Məhz bundan sonra baş redaktor ANS-in efirində Hafiz Hacıyevsayağı “Çingiz müəllim deyə bilərmi ki, 1967-ci ildə, onun 10 yaşı olanda Ağdaş rayonunda hansı hadisə baş verib” sualı ilə millət vəkilini şantaj etmək istəyib. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
avropa.info