Görüntülərdə hərbçilərin avtomat silahdan atəş açaraq narazı kütləni qətlə yetirməsi öz əksini tapıb
Misirin paytaxtı Qahirə şəhərində ordunun devrilmiş prezdent Məhəmməd Mursi tərəfdarlarına qarşı hücumu ilə bağlı video-rolik yayılıb. Görüntülərdə hərbçilərin avtomat silahdan atəş açaraq narazı kütləni qətlə yetirməsi öz əksini tapıb.
Qeyd edək ki, dünən “Müsəlman Qardaşlar” Təşkilatının müraciətindən sonra küçələrə axışan on minlərlə misirli Dövlət Mühafizə Xidmətinin binasına doğru hərəkət edərkən Misir ordusunun silahlı müdaxiləsi ilə qarşılaşmışdı. Hadisə zamanı 55 nəfər həlak olmuş, yüzlərlə insan yaralanmışdı.
http://www.youtube.com/watch?v=-KqRf1fR2NI