“Barselona” klubunun müdafiəçisi Daniel Alveş Braziliya millisindəki komanda yoldaşı Neymar haqda xoş sözlər deyib.Alveş Neymarın “Barselona”da Lionel Messi ilə birgə qarşısıalınmaz olacaqlarını iddia edib:”Messi və Neymar tam bir bomba kimi olacaqlar. Neymarı “Barselona”da görmək istəməyimin əsas səbəbi onu Messi ilə yan-yana izləyə bilməkdir. Neymar Messi ilə oynayacağı üçün çox həyəcanlı və xoşbəxtdir. Hər ikisinin yaxşı anlaşacağını düşünürəm. Onlar qarşısı alınmaz olacaqlar”.
qol.az