Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 135 xarici ölkə ilə 14 mlrd. 725 mln. 615 min dollar məbləğdə ticarət əməliyyatı aparıb.

Hesabat dövründə Azərbaycanın ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 2,19% artıb.

Beş ayda həyata keçirilən ticarət dövriyyəsinin 10 mlrd. 365 mln. 804 min dolları ixrac əməliyyatlarının payına düşüb. Bu göstərici də keçən ilin müvafiq dövrünə nisbətən 3.44% azalıb.

Bu dövrdə ixrac olunan malların çeşidlərinin sayı 1 380 ədəd təşkil edib.

Yanvar-may aylarında Azərbaycan xarici ölkələrdən 4 mlrd. 359 mln. 811 min dollar məbləğdə mal idxal edib.

Bu dövrdə həyata keçirilən idxal keçən ilin müvafiq dövrünə nisbətən 18,64% artıb.

Beş ayda idxal olunan malların çeşidlərinin sayı 5 164 ədəd olub.

gun.az

Загрузка...