“Tüpürüm sizin xalq artistliyinizə”
“Bu yaxınlarda Əkrəm Əylislinin qoca yaşında xalq yazıçısı adı və prezident təqaüdü yazdığı kitaba görə əlindən alındı. Bəzi xalq artistlərinin də adı əlindən alınmalıdır”. ANS PRESS-in məlumatına görə, bu sözləri xalq artistləri Aygün Kazımova və Brilliant Dadaşova arasında baş verən qalmaqala münasibət bildirərkən müğənni Əli Mirəliyev deyib.
“Mən neçə ildir deyirəm ki, onlar xalq artisti deyillər, həvəskar artistdirlər. İş adamları üçün oxumaqla, pullar almaqla elə bilirlər ki, Bakını ələ alıblar. Mədəniyyət nazirini ələ almaqla fəxri adlar aldılar. Amma bunlar o ada layiq deyillər. Bütün bunlarda sübutdur. Mən deyəndə pis oluram. Brilliant Dadaşovanın, Aygün Kazımovanın lüt şəkilləri göstərilir. Nə deməkdir bunlar? Bunlar xalq artisti adına layiq deyillər. O qədər əməkdar artist adını alanlar var ki, biabırçıdırlar. Bu adlar yığışdırılmalıdır. Demişəm sözümün də arxasındayam. Azərbaycan vətəndaşlarıdırlar, artıq hərəkət etməyə haqları yoxdur. Biri çıxır efirdə gic-gic danışır, biri soyunur, biri piyan şəkillər çəkdirir. Onlara balalarımız baxır bunlardan nə tərbiyə alacaqlar? Niyə bizim oğlanlar ekranlarda maviləşiblər? Hara aparırlar bizi? Niyə biz bu günə düşmüşük? Bizim Qaçaq Nəbimiz, Koroğlumuz, Şah İsmayıl Xətaimiz olub. Utanmırsınız adınızı xalq artisti qoymusunuz? Tüpürüm sizin xalq artistliyinizə. Siz xalqın murdar simalarısınız”.