“Muhteşem yüzyıl”ın Hürrəmi Məryəm Üzərli, istədiyi pulu ala bilmədiyi üçün Berlinə gedib.“Muhteşem yüzyıl”ın “Tükənmişlik sindromu” yaşayan və Berlinə qaçan Hürrəminin gedişinin gerçək səbəbi məlum olub. Türkiyə mətbuatının xəbərinə görə, hər şey serialın prodüseri Timur Savcı tərəfindən Ərəb ölkələrinə satılmasıyla başlayıb. Savcı bu satışdan sonra baş rol ifaçısı Halit Ergençə 1 milyon yarım lirə pul verib. Pulun verilməsi uzun müddət hamıdan gizlədilib.
Bir müddət sonra Məryəm Üzərli, Ergençə verilən sərvət haqqında öyrənib. Bundan sonra gözəl aktrisa prodüser Timur Savcıdan özünə Halit Ergençə verildiyi kimi pul verilməsini istəyib. Ancaq müsbət cavab ala bilməyib. Daha bir neçə həftə prodüser Savcının qərarının dəyişməyini gözləyən M. Üzərli,Timur Savcı ilə yenidən danışıb. Ancaq Savcı qərarından dönməyib və aktrisaya pul verməməkdə israr edib.
Savcı, M. Üzərlinin Berlinə xəbərsizcə getməsinin ardından çox çətin vəziyyətə düşüb.
Məryəm Üzərlinin sevgilisi Can Atəş də yaşanılan hadisənin ardından prodüser T. Savcını hədəf alıb və “Bu edilənlər insanlıqdırmı?” demişdi. Atəş, Üzərlinin setdə ardıcıl olaraq özündən getdiyini, psixoloji problemləri olduğunu və Almaniyadakı həkimlərin sevgilisi üçün “Döyüşdən qayıtmış bir insanın psixologiyasında olduğunu” dediklərini bildirmişdi.