Türkiyəli müğənni Hadisənin Bakıda verəcəyi konsertin tarixi və yeri müəyyənləşib. Axşam.az-ın məlumatına görə, sənətçi iyunun 23-də “Nar Şərab” restoranında çıxış edəcək. Müğənni şəhərimizə geniş musiqi heyəti ilə gələcək. Hadisə paytaxtda yalnız bir gün olacaq.
Qeyd edək ki, müğənni bəstəkar Gövhər Həsənzadənin rəhbərlik etdiyi “Gövhər group”un dəvəti ilə Bakıya gəlir.