Rusiya telekanallarının vaxtaşırı qonağı olan tanınmış ekstrasens Zirəddin Rzayev bu dəfə “Rossiya 1” telekanalının “Прямой эфир” verilişində iştirak edib. Bu barədə “milli.az” saytı məlumat verib. Ekstrasenslər və onlara birmənalı olmayan münasibətlərdən bəhs edən proqrama ekstarsens ekspert kimi dəvət olunub.
Həmin verilişdə iştirak edən “Ekstrasenslərin yarışması”nın (“Bitva ekstrasensov”) finalçılarından olan İlana Novoselovanın cinsiyyətin dəyşdirilməsi konteksində “cinsiyyət dəyişdirilməsi, bu prosesdə tibbi müdaxilə, onu həyata keçirən həkimlər – bütün bunlar cəmiyyətdə necə qarşılanır?” sualına “Məsələyə bir də bu prizmadan yanaşsaq” deyən Zirəddin Rzayev tablonu daha da genişləndirərək fikrini səsləndirib.
Avropa Səhiyyə Assosiasiyasının fəxri professoru olan ekstrasens “bəzi məsələlərə birmənalı münasibət olmayacağı təbiidir, olsa qeyri-təbii olardı”, – deyə digər problemlərə də toxunub.
Bu haqda daha ətraflı bu gün Rossiya-1 telekanalının saat 18:30-da efirə gedəcək “Прямой эфир” verilişində danışılacaq.