Prodüser Sultan Qocayev də xalq artistinin müdafiəsinə qalxdı
“Aygünümüzün uğurlarını gözü götürməyənlər onu depressiyaya salmaqla yıxmaq istəyirlər!”. Prodüser Sultan Qocayev də xalq artistinin müdafiəsinə qalxdı.
Yerli şou-biznesin gənc prodüseri Sultan ANS PRESS-ə müsahibəsində, Aygün Kazımovanın depressiyaya düşməsindən bərk narahatlıq keçirdiyini bildirdi: “Aygün Kazımova 1 nömrədir! Aygünümüzün uğurlarını gözügötürməyənlər onu depressiyaya salmaqla yıxmaq istəyirlər. Demək istəyirəm ki, divamız ruhdan düşməsin, sınmasın. Çünki onun arxasında böyük fanat ordusu var. Şəxsən mən Aygünün pərəstişkarıyam və divamızın depressiyaya düşməsi məni çox üzür.
Bir də onu demək istəyirəm ki, əstəğfurullah, Allahın evini otel edən insanın Aygün Kazımova haqqında danışmağa ixtiyarı yoxdur və həmin sənətçi xalq artisti adına layiq deyil.
Xalq artisti adına Aygün Kazımova layiqdir! Necə ki, Azərbaycan şou-biznesinin əsasını qoyub və səhnəmizə yeniliklər gətirib”.