Onun həyatını xilas etmək mümkün olmayıb
Ötən gün Bakıda baş verən bədbəxt hadisə bir ailənin faciəsilə nəticələnib. ANS PRESS-in Daxili işlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Xəzər rayonunun Türkan qəsəbə sakini, azyaşlı Bahar Nəhmətovanın üstünə qaynar su tökülüb. Xəsarətlə xəstəxanaya yerləşdirilən B.Nəhmətovanın həyatını xilas etmək mümkün olmayıb.