Çində yaşayan Li Yuan adlı 24 yaşlı gənc işləməkdən ölüb. Deyilənə görə, gənc hər gün erkən saatlarda işə gəlib gec saatlarda çıxdığı üçün həyatını itirib. Pekindəki ofislərin birində çalışan oğlan iş zamanı özünü yerə ataraq ağlamağa başlayıb. Li Yuanın iş yoldaşı qısa zaman ərzində onu xəstəxanaya çatdırıb. Gənc oğlanı müayinə edən həkimlər onun infarkt keçirdiyini deyiblər. Xəstəxanada ölən oğlan ölkədə narazılığın yaranmasına səbəb olub. Çünki Çində belə ölümlər tez-tez baş verir. Hər il 600 min adam çox işlədiyi üçün ya depressiyaya düşür, ya da ürək tutmasından həyatını itirir.