“SÖZ VERDİM Kİ, HƏMİN AKTYORLA KLİPƏ ÇƏKİLƏCƏYƏM”
Müğənni Röya məşhur “Taksi” filminin aktyoru Sami Naseri ilə çəkildiyi klipi ailəsinə həsr edib.
Axşam.az-ın məlumatına görə, bu barədə sənətçi “ANS” telekanalında yayımlanan “Şoubiz” verilişinə açıqlamasında deyib.
Onun sözlərinə görə, həyat yoldaşı Anar və qardaşı İsmayıl Sami Naserini çox bəyənir.
“Onlara söz verdim ki, həmin aktyorla klipə çəkiləcəyəm. Sami Naseri azərbaycanlı müğənni ilə bir klipdə rol almaqdan çox sevindi. O, həm də vurğuladı ki, “Taksi”nin ardı olmayacaq. Bu klip filmin davamı kimi hesab oluna bilər”.
Xatırladaq ki, fransız aktyor Röyanın “Günahsız günahım” klipinə çəkilib.