Mayın 4-də yol polisinin keçirdiyi reyd zamanı həbs olunan müğənni Tunar Rəhmanoğlu azadlığa buraxılıb. Bu barədə Lent.az-a müğənninin prodüseri Zaur Bağırov məlumat verib. Onun sözlərinə görə, Tunar bu gün azadlığa buraxılıb: “Tunar azadlığa buraxılıb. Hazırda yoldadır, evə gedir”.

Qeyd edək ki, müğənni Tunar Rəhmanoğlu polisin qanuni tələbinə məhəl qoymayaraq, idarə etdiyi avtomobilin sənədlərini inspektora təqdim etməyib. Bu zaman yol polisi əməkdaşları ilə T. Rəhmanoğlu arasında insident yaşanıb. Daha sonra hadisə yerinə gələn Post Patrul Xidməti əməkdaşları müğənnini saxlayaraq, barəsində inzibati tədbir görülməsi üçün məhkəməyə aparıblar. Məhkəmə isə onun barəsində 10 sutkalıq həbs və bir il müddətinə sürücülük hüququndan məhrum edilməsi barəsində qərar qəbul edib. Bu gün 10 günlük həbs müddəti başa çatıb.

 

Загрузка...