Danimarkanın “DR” telekanalında yayımlanan veriliş qalmaqala səbəb olub.
Axşam.az-ın “Hürriyət”ə istinadən verdiyi məlumata görə, verilişin formatı tamaşaçıların böyük etirazı ilə üzləşib.
Verilişdə qara geyimli qadınlar qaranlıq bir otağa daxil olaraq jürinin qarşısında soyunmağa başlayır.
Daha sonradan juri üzvləri qadınların lüt bədənləri haqda müzakirələr edərək fikirlərini bildirir.
Danimarka xalqı isə verilişdə qadınların təhqir edildiyini iddia edərək ayağa qalxıb.
Verilişin rəhbəri Tomas bu etirazlara cavab olaraq qadına əslində yaxşılıq etdiklərini bildirib:
“Hər qadın bədəni bir kişinin onun haqqında söylədiyi sözləri arzulayar. Bu veriliş pornoya yox, qadın bədəninin estetik gözəlliyinə həsr olunub”.
Danimarkanın məşhur yazıçılarından olan Knud Romer veriliş haqqında “insanları ələ salan bu proqram zibillikdən başqa heç nə deyil” söyləyib.