Moskvanın mərkəzində Yeni Arbatda baş vermiş partlayış nəticəsində iki nəfər xəsarət alıb
Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı İTAR-TASS-a hüquq mühafizə orqanlarından bildiriblər.
“Yeni Arbatda 7 nömrəli evin yaxınlığında partlayış olub”, – mənbə deyib. İlkin məlumata görə, iki nəfər yaralanıb.
Hazırda hadisə yeri əhatəyə alınıb. Partlayış yerində polis əməkdaşları işləyirlər. Onlar hadisənin təfərrüatlarını müəyyənləşdirirlər.
“Məhz nəyin partladığı araşdırılır”, – mənbə qeyd edib.
Lakin FHN-in Moskva üzrə Baş İdarəsi partlayışın baş verdiyini təsdiq etməyib.