Xalq artisti Flora Kərimova “ATV maqazin” verilişinə müsahibəsində Faiq Ağayev haqqında qalmaqallı açıqlamalar verib. Axşam.az-ın məlumatına görə, o, xalq artistini səsi olmamaqda günahlandırıb: “Faiqlə mənim aramda heç vaxt barışıq ola bilməz. O insanın nə səsi var, nə də sənəti. Vaxtilə ona çox dəstək oldum. Çoxları məni qınayır ki, sən vaxtilə Faiqə dəstək olmusan, indi pisləyirsən. Amma mən sütül Faiqə dəstək olmuşdum. O, özünü formalaşdıra bilmədi”.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.