Siyahıdakı ən varlı və ən kasıb biznesmenləri siz də tanıyın
“Forbes” jurnalı 10 illik yubileyi çərçivəsində Rusiyanın ən varlı iş adamlarının siyahısını hazırlayıb. Siyahıda bu dəfə də 5 azərbaycanlı iş adamı yer alıb.
İlk öncə “Forbes”in dünyanın ən varlı insanların siyahısının hazırlanma tarixinə qısa nəzər salaq.
Belə ki, ilk dəfə olaraq bu təşəbbüs “Forbes”in təsisçisi Berti Forbs tərəfindən həyata keçirilib. İlk dəfə 30 amerikalıdan ibarət hazırlanan siyahıda həmin dövr üçün rekord və başgicəlləndirici rəqəm sayılan 1,2 milyard sərvətlə Rokfeller birincilik qazanmışdı.
1997-ci ildə hazırlanan növbəti ən varlıların siyahısında ilk dəfə rusiyalı iş adamı da yer almışdı. Belə ki, 1997-ci ildə Boris Berezovskiy 3 milyard dollar sərvətlə ilk pillələrdə qərarlaşmışdı.
Rusiyanın ən varlı biznesmenlərinin siyahısı isə ilk dəfə 2004-cü ildə hazırlanıb. Maraqlı olan isə 2004-cü illə 2013-ci ildə hazırlanan siyahııardakı mövqe dəyişmələridir. Belə ki, 2004-cü ildə hazırlanan siyahıda sərvətinin miqdarına görə sonuncu yerdə qərarlaşan biznesmenlər 2013-cü ildəki siyahıda öndədirlər.
2013-cü il Rusiyanın ən varlı biznesmenləri siyahısında sərvəti 500 milyondan çox olan biznesmenlər yer alıb. Bu dəfə ki, siyahıda Alişer Usmanov 17 milyard dollarlıq sərvəti ilə Rusiyanın varlı oliqarxı seçilib. Forbes Usmanovun bu ilki sərvətinin keçən ilə nisbətən yarım milyard azaldığını da qeyd edib.
İkinci yerdə “Alfa-qrup”un ən iri səhmdarı Mixail Fridman 16, 5 milyardlıq sərvətlə qərarlaşıb.
Siyahınıın üçüncüsü keçən ilə nisbətə sərvətini 4 milyard dollar atıran və hazırkı sərvəti 15,4 milyard dollar olan Leonid Mixelsondur.
Siyahının dördüncüsü Viktor Vekselberq, 15,1 milyard dolların sahibidir.
Forbesin hazırladığı ən varlı biznesmenlər siyahısında 5-ci yerdə həmyerlimiz Vahid Ələkbərov qərarlaşıb. “Lukoyl”un sahibi Vahid Ələkbərov 14,8 milyard büccəsi ilə 5-cidir.
“Forbes”-in bu ilki reytinqində yeni simalar yoxdur. Sadəcə biznesmenlər sərvətlərinin az və ya çox dərəcədə dəyişməsi ilə siyahıda öz yerlərini digərlərinə veriblər. Məsələn, əgər Abramoviç ötən il hazırlanan reytinqdə ilk 10-luqda idisə, bu il o, 10 ən varlı rusiyaı biznesmendən biri deyil.
200 biznesmenin yer aldığı cədvəldə 4 azərbaycanlı biznesmen də yer alıb. Belə ki, “Krokus Citi”nin shibi azərbaycanlı iş adamı Araz Ağalarov ötən ilə nisbətdə 5 pillə irəliləyərək, 1,8 milyard dollarla 56-cı yerdə qərarlaşıb.
Bundan başqa Fərhad Əhmədov 1,4 milyardla 70-ci, Telman İsmayılov isə 0,75 milyard dollarlıq sərvətlə 137-ci yerdə qərarlaşıb.
Siyahının “kasıb” biznesmeni isə Rusiyada holding rəhbəri olan İvan Tavindir ki, onun da sərvəti 0,5 milyard dollardır.
AzNews.az