Türkiyənin İstanbul şəhərində özəl universitetlərin birində təhsil alan 21 yaşlı azərbaycanlı qız (V.D.Z) təcavüzə uğrayıb. “Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, gözəllik salonunun ünvanını axtaran gənc qıza yaxınlaşan 33 yaşlı hamburger firmasının kuryeri A.E.Y ona yardım etmək istədiyini deyib. V.D.Z-ni bir binaya aparan həmin şəxs binanın liftində ona təcavüz etməyə çalışıb. Gənc qıza əllə təcavüz edən A.E.Y daha sonra oradan uzaqlaşıb.
Polisə müraciət edən V.D.Z-nin şikayətindən sonra işlədiyi yerdə yaxalanan təcüvüzçü barəsində 12 il həbs cəzası tələbi ilə dava açılıb.