Dünyanın ən böyük məsçidi Qaradağ rayonu ərazisində Xəzər dənizinin sahilində tikiləcək. Məscid “Xəzər adaları”nda (Khazar Islands) tikiləcək. “Novosti Azərbaycan”ın məlumatına görə, bu barədə layihənin rəhbəri İbrahim Nehrəmli bildirib.
Onun sözlərinə görə, bu məscid Pakistanın paytaxtı İslamabaddakı Şah Feysəl məscidindən də böyük olacaq.
Qeyd edək ki, Şah Feysəl məscidi Ginnesin rekordlar kitabına düşüb. Bu məscidin tikintisinə 1976-cı ildə başlanılıb, 1986-cı ildə isə başa çatıb. Məscidin sahəsi 500 kvadrat metrdir. Bu məscidin tikintisinə 120 milyon ABŞ dolları məbləğində vəsait xərclənib.