Bu gün Abşeron rayonunda faciəvi hadisə baş verib.

 Lent.az-ın məlumatına görə, rayonun Kürdəxanı kənd sakini, 2 ay əvvəl dünyaya gəlmiş Qurbanlı Hüseyn sünnət edilərkən ölüb. Körpə Bakı şəhərinin Xəzər rayonu ərazisində, Buzovnadakı 14 saylı təcili tibbi yardım stansiyasında həkim tərəfindən sünnət olunarkən keçinib.

 Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və digər aidiyyatı təşkilatların nümayəndələri cəmləşib.

 Hadisənin təfərrüatları hələlik məlum deyil.

Загрузка...